Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2020-ci il üzrə maliyyə hesabatının auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri yanvarın 11-i, saat 11:00-a qdər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 19-u, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Südabə Qocayevadır.
Tenderin nəticəsi yanvarın 21-də, saat 11:00-da portal vasitəsi ilə açıqlanacaq.