ARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini uzadıb

ARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini uzadıb Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.
Maliyyə
5 Avqust , 2022 11:41
ARDNF bu il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini uzadıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında Türkiyə Mərkəzi Bankında (TMB) 6 ay müddətinə yerləşdirdiyi 1 milyard avro depozitin müddətini 5 ay (bu ilin sonuna qədər) uzadıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.

"Həmin depozit ARDNF-in investisiya strategiyası və qaydaları çərçivəsində, mərhələli şəkildə TMB-də yerləşdirilib. Bu yatırım həyata keçirilərkən onun Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verməsi, eləcə də, cari bazar konyukturası nəzərə alınaraq depozitin müddətinin uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi