ARDNF gələn il investisiya portfelinin valyuta tərkibini dəyişməyəcək

ARDNF gələn il investisiya portfelinin valyuta tərkibini dəyişməyəcək 2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarının payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır.
Maliyyə
8 Dekabr , 2023 12:19
ARDNF gələn il investisiya portfelinin valyuta tərkibini dəyişməyəcək

2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarının payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin proqnozu ilə müqayisədə eynidir.

ARDNF-in bu il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin minimum 50%-i borc öhdəlikləri və pul bazarları alətləri, 25%-ə qədəri səhmlər (pay), 10%-ə qədəri daşınmaz əmlak, 15%-ə qədəri isə qızıl alt portfellərindən ibarət olmalıdır.

Son xəbərlər

Orphus sistemi