2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ümumi gəlirliyi 4,49 % təşkil edib.
Bu barədə “Report”a Fonddan bildirilib.
Xatırladaq ki, 2020-ci ildə sözügedən göstərici 2,82 % təşkil edib.
Ayrı-ayrı investisiya alətləriə gəlincə isə, ötən il istiqrazlar və pul bazarı alətlərinin gəlirliliyi 1,58%-dən 0,06%-ə düşüb, səhmlərin gəlirliliyi 1,34%-dən 3,68%-ə qalxıb. Daşınmaz əmlak üzrə 0,1% zərərlilik isə 0,75% gəlirliliklə əvəz olunub.