Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 62,9% təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 3,9 faiz bəndi azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, əvəzində ARDNF investisiya portfelində səhmin payını 13,7%-dən 17,9%-ə çatdırıb.
Fondun investisiyalarında qızılın payı 13,6%-dən 13,1%-ə, daşınmaz əmlakın payı isə 5,9%-dən 6,1%-ə dəyişib.
Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.