ARDNF iyunda valyuta hərraclarındakı satışın 70 %-ni təmin edib

ARDNF iyunda valyuta hərraclarındakı satışın 70 %-ni təmin edib Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 581 milyon ABŞ dolları vəsaitin 405,6 milyon ABŞ dolları və yaxud 69,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Maliyyə
2 İyul , 2024 16:39
ARDNF iyunda valyuta hərraclarındakı satışın 70 %-ni təmin edib

Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 581 milyon ABŞ dolları vəsaitin 405,6 milyon ABŞ dolları və yaxud 69,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

Bu barədə "Report"a Fonddan bildirilib.

Başqa sözlə, AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (175,4 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 23,9 milyon ABŞ dolları və yaxud 0,2 % artaraq 11 milyard 713,7 milyon ABŞ dollarından 11 milyard 737,6 milyon ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi