Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 56,2 %-i AAA reytinqli olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 faiz bəndi azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, əvəzində ARDNF AA reytinqi alətlərin xüsusi çəkisini 11,1%-dən 14,1%-ə qaldırıb, A reytinqi alətlərin xüsusi çəkisini 21,3%-dən 19,8%-ə endirib.
Hesabat dövründə Fondun investisiya portfelində BBB reytinqli alətlərin payı 7,9%-dən 8,7%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 1,4%-dən 1,2%-ə dəyişib.