“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.
Əmrə əsasən, əməkhaqqı artımı aprelin 1-dən tətbiq olunacaq, həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək.
Xatırladaq ki, ötən il də fevralın 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.