Asiya bazarlarında artım var

Asiya bazarlarında artım var Asiya – Pasifik regionunun başlıca fond indeksləri ötən gün ABŞ-da baş verən artımın təsirilə eyni trend göstərib.
Maliyyə
20 Noyabr , 2020 14:49
Asiya bazarlarında artım var

Asiya – Pasifik regionunun başlıca fond indeksləri ötən gün ABŞ-da baş verən artımın təsirilə eyni trend göstərib.

“Report” xəbər verir ki, Şanghay Fond Birjasında (SSE) keçirilən hərracda “Shanghai Composite” indeksi 0,4 faiz artaraq 3.377,73 bəndə, Şenjen Fond Birjasında (SZSE) “Shenzhen Composite” indeksi 0,6 faiz artaraq 2.289,51 bəndə, Honq Konqun “Hang Seng” indeksi 0,4 faiz artaraq 26.451,54 bəndə, Cənubi Koreyanın “KOSPİ” indeksi 0,24 faiz artaraq 2.553,5 bəndə çatıb. Eyni zamanda Yaponiyanın “Nikkei 225” indeksi 0,42 faiz azalaraq 25.527,37 bəndə, Avstraliyanın “S & P/ASX 200” indeksi də 0,12 faiz azalaraq 6.539,2 bəndə enib.

Ekspertlərin qənaətincə, bu artım cərəyanlarının mühüm səbəbi ABŞ Konqresində koronavirus pandemiyasına qarşı iqtisadiyyata dəstək tədbirləri planını müzakirəyə çıxaracaqlarına dair xəbərlərdir. Bununla yanaşı Çin Bankının birinci dərəcəli borc (LPR – loan prime rate) üçün illik faiz dərəcəsini artıq yeddi aydır 3,85 faiz səviyyəsində saxlaması da müsbət əks-səda doğurub.

Eyni zamanda, Yaponiyada koronavirusa yoluxma sayının iki gündür 2 mindən artıq olması bazardakı ovqata təsir göstərib. Halbuki son günlər ərzində “Nikkei 225” indeksi 1991-ci ildən bu yana ən yüksək həddə çatırdı.

Son xəbərlər

Orphus sistemi