Asiya bazarlarında cüzi azalma qeydə alınıb

Asiya bazarlarında cüzi azalma qeydə alınıb Asiya – Pasifik regionunun başlıca fond bazarlarında bugünkü hərraclar ABŞ-Çin münasibətlərindəki gərginliyin təsirilə müəyyən azalma baş verib.
Maliyyə
6 Yanvar , 2021 14:25
Asiya bazarlarında cüzi azalma qeydə alınıb

Asiya – Pasifik regionunun başlıca fond bazarlarında bugünkü hərraclar ABŞ-Çin münasibətlərindəki gərginliyin təsirilə müəyyən azalma baş verib.

“Report” xəbər verir ki, Şanghay Fond Birjasının (SSE) əsas indeksi “Shanghai Composite” 0,63 faiz qalxaraq 3.550,88 bəndə, Honkonqun “Hang Seng” indeksi 0,15 faiz artaraq 27.692,3 bəndə çatıb, eyni zamanda, Şenjen Fond Birjasında (SHSE) “Shenzhen Composite” indeksi 0,03 faiz azalaraq 2.421,51 bəndə, Cənubi Koreyanın “KOSPİ” indeksi 0,75 faiz azalaraq 2.968,21 bəndə, Avstraliyanın “S & P/ASX 200” indeksi 1,12 faiz azalaraq 6.607,1 bəndə, Yaponiyanın “Nikkei 225” indeksi də 0,38 faiz azalaraq 27.055,94 bəndə geriləyib.

Bazarlara təsir edən başlıca amil ABŞ Prezidenti Donald Trampın Çinin 8 mobil ödəmə tətbiqinə nəzarət edən şəxslər ilə əməliyyatları qadağan etməsi oldu. Bu sərəncam fevralın 19-da, yəni Trampın prezident kürsüsündən getməsindən təxminən bir ay sonra qüvvəyə minəcək. Onun xələfi Cozef Baydenin bu tədbirlərdən imtina etmək hüququ var.

Həmçinin Çinin xidmət sektorunda işgüzar fəaliyyətrlərin dekabr ayında 57,8 bənddən 56,3 bəndə geriləməsi də fond bazarlarına təsirsiz ötüşmədi.

Eyni zamanda bir sıra ölkələrdə koronavirusa qarşı kütləvi peyvəndə başlanması barədə xəbərlər karantin tədbirlərinin ləğv olunacağına ümidləri artıraraq bazarlardakı azalmanın məhdud olmasını şərtləndirib.

Son xəbərlər

Orphus sistemi