Asiya İnkişaf Bankı Azərbaycanda sığortanın inkişafına dəstək göstərə bilər

Asiya İnkişaf Bankı Azərbaycanda sığortanın inkişafına dəstək göstərə bilər “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin rəhbərliyi ilə Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan arasında görüş keçirilib
Maliyyə
22 İyun , 2021 10:42
Asiya İnkişaf Bankı Azərbaycanda sığortanın inkişafına dəstək göstərə bilər

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin rəhbərliyi ilə Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan arasında görüş keçirilib.

“Report” bu barədə ASA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev AİB rəhbərliyinə qurum haqqında məlumat verib, yerli sığorta bazarındakı vəziyyətdən və inkişaf perspektivlərindən danışıb. Sektorun yeni inkişaf mərhələsində olduğunu vurğulayan ASA rəsmisi mövcud bazar şərtləri çərçivəsində həllini gözləyən bir sıra məsələlərin olduğunu qeyd edib.

K.Makdeyqan isə Assosiasiyaın fəaliyyəti və sığorta bazarındakı proseslərlə yaxından maraqlandıqlarını bildirib. O, iki qurum arasında sığorta sektoru ilə bağlı məlumat mübadiləsinin təmin olunması, nəticədə yerli sığorta bazarındakı real problemlərin aşkarlanması və onların həlli yollarının müəyyən olunması üçün ADB-nin texniki dəstək göstərə biləcəyini, bununla bağlı imkanların araşdırılacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi