Asiya - Pasifik regionunun bazarlarında azalma qeydə alındı

Asiya - Pasifik regionunun bazarlarında azalma qeydə alındı Bu gün Asiya – Pasifik regionunun fond birjaları ötən gün ABŞ-dakı azalmanın təsirilə bənzər cərəyan qeydə alınıb.
Maliyyə
13 Noyabr , 2020 14:42
Asiya - Pasifik regionunun bazarlarında azalma qeydə alındı

Bu gün Asiya – Pasifik regionunun fond birjaları ötən gün ABŞ-dakı azalmanın təsirilə bənzər cərəyan qeydə alınıb.

“Report” xəbər verir ki, Şanghay Fond Birjasında (SSE) keçirilən hərracda “Shanghai Composite” indeksi 0,9 faiz azalaraq 3.310,1 bəndə, Şenjen Fond Birjasında (SZSE) “Shenzhen Composite” indeksi 0,2 faiz azalaraq 2.268,67 bəndə, Honq Konqun “Hang Seng” indeksi 0,1 faiz azalaraq 26.156,86 bəndə, Yaponiyanın “Nikkei 225” indeksi 0,53 faiz azalaraq 25.385,87 bəndə, Avstraliyanın “S & P/ASX 200” indeksi də 0,2 faiz azalaraq 6.405,2 bəndə enib.

Eyni zamanda Cənubi Koreyanın “KOSPİ” indeksi 0,74 faiz artaraq 2.493,87 bəndə çatıb.

Asiya bazarları dünən ABŞ-da koronavirusa yoluxmalarının yeni rekord sayından sonra başlıca fond indekslərinin azalmasına reaksiya verib. Həmçinin ABŞ vətəndaşlarının gələn il 11 yanvar tarixindən etibarən Çin hərbiyyəsilə bağlı şirkətlərin qiymətli kağızlarını almağı qadağan edən fərmanın Prezident Donald Tramp tərəfindən imzalanması da Çin bazarlarına əlavə təsir göstərib.

Son xəbərlər

Orphus sistemi