Hazırda Azərbaycanda fintex sahəsində 25-dən çox bazar iştirakçısı var.
“Report” xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda qurumun İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.
"Bu şirkətlərin 20 %-i xarici şirkətlər və yaxud onların yerli nümayəndəlikləridir. Fintexlərin 11 %-i bazara yeni daxil olub, 44 %-i inkişaf etməkdədir, 45 %-i isə inkişaf edib və bazarda yerini tutub", -o deyib.
Bundan başqa, R.Talıbov deyib ki, qlobal innovasiya indeksinə görə, Azərbaycan 132 ölkə arasında 80-ci, rəqəmsallıq indeksinə görə isə 110 ölkə arasında 70-ci yerdədir.