“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat olub

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat olub Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib
Maliyyə
4 Fevral , 2021 14:33
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat olub
Günel Rəhimova

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib.

“Report” xəbər verir ki, Direktorlar Şurasının qərarına əsasən Günel Rəhimova şirkətin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Rəhimova Günel Cəfərağa qızı 2011-ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutub. 0, 2015-ci ildə - şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi vəzifəsinə təyin edilib. Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nin diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə edib.

Qeyd edək ki, hazırda “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri vəzifəsini Əliyev Azər Allahverdi oğlu, İdarə Heyəti Sədrinin müavini vəzifəsini isə İsmayılov Fuad Faiq oğlu və Rzayev Orxan Faid oğlu icra edirlər.

Son xəbərlər

Orphus sistemi