Atilla Benli: "Azərbaycanla sığorta sahəsində qarşılıqlı informasiya mübadiləsi aparılacaq"

Atilla Benli: "Azərbaycanla sığorta sahəsində qarşılıqlı informasiya mübadiləsi aparılacaq" "Türkiyə dünyanın ən böyük 19-cu iqtisadiyyatı olduğu halda sığorta sahəsi dünyada 39-cu yerdədir. Sığortaçılar olaraq məqsədimiz ölkəmizi haqq etdiyi sıraya çatdırmaqdır. Birlik olaraq bu sahədə bir çox layihələri həyata keçiririk".
Maliyyə
14 Mart , 2022 11:56
Atilla Benli: Azərbaycanla sığorta sahəsində qarşılıqlı informasiya mübadiləsi aparılacaq
Atilla Benli

"Türkiyə dünyanın ən böyük 19-cu iqtisadiyyatı olduğu halda sığorta sahəsi dünyada 39-cu yerdədir. Sığortaçılar olaraq məqsədimiz ölkəmizi haqq etdiyi sıraya çatdırmaqdır. Birlik olaraq bu sahədə bir çox layihələri həyata keçiririk".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında "Yaşıl Kart" sistemləri üzrə inteqrasiya protokolunun imzalanması mərasimində Türkiyə Sığortaçılar Birliyinin sədri Atilla Benli bildirib.

Bu istiqamətdə qarşılıqlı informasiya mübadiləsini dəstəklədiyini deyən A.Benli işbirliyinə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyədə sığorta və pensiya sektorunda hazırda aktiv 67 şirkət var. Onlardan 42-si qeyri-həyat, 15-i həyat və pensiya sahələrini əhatə edir.

"Hazırda aktiv yığım 335 milyard lirəni ötüb. Ötən il pandemiyanın ağır şərtlərinə rəğmən, sığorta sektorunda artım müşahidə olundu. 2021-ci ilin dördüncü rübündəki sığorta yığımları ümumilikdə 2020-ci ildən daha yüksək oldu", - A.Benli bildirib.

O qeyd edib ki, hazırkı müsbət rəqəmlərə baxmayaraq, Türkiyədə də sığorta bazarı arzulanan səviyyədə deyil.

Son xəbərlər

Orphus sistemi