Auksion Mərkəzi gəlirlərinin 16 %-ni birja əməliyyatlarından əldə edib

Auksion Mərkəzi gəlirlərinin 16 %-ni birja əməliyyatlarından əldə edib 2020-ci ildə Əmlak Məsələləri Dövlər Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 1,232 milyon manat gəlir əldə edib
Maliyyə
10 İyul , 2021 14:32
Auksion Mərkəzi gəlirlərinin 16 %-ni birja əməliyyatlarından əldə edib

2020-ci ildə Əmlak Məsələləri Dövlər Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 1,232 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bunun 1,04 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.

Auksion Mərkəzinin birja əməliyyatlarından gəlirləri 192,5 min manat təşkil edib.

Ötən il qurumun xərcləri isə 1,250 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 1,1 milyon manat, sərf edilmiş materialların dəyəri 6,9 min manat, amortizasiya xərcləri 18 min manat, sair əməliyyat xərcləri isə 125 min manat olub.

Son xəbərlər

Orphus sistemi