Avropa banklarını çətin günlər gözləyir

Avropa banklarını çətin günlər gözləyir Tənzimləyici belə dövrün ən azı 2021-ci il ərzində davam edəcəyini düşünür
Maliyyə
26 Noyabr , 2020 17:15
Avropa banklarını çətin günlər gözləyir

Avropa Mərkəzi Bankı (ECB) ənənəvi maliyyə sabitliyi icmalında Avrozonanın kommersiya bankları üçün çətin günlərin olacağını proqnozlaşdırır.

“Report” “banki.ru” portalına istinadən xəbər verir ki, tənzimləyici belə dövrün ən azı 2021-ci il ərzində davam edəcəyini düşünür.

ECB-nin saytında dərc olunan sənəddə deyilir ki, bank sektorunun mənfəətinin 2019-cu il səviyyəsinə çatması 2022-dən tez olmayaraq proqnozlaşdırılır. Bu vəziyyət, öz növbəsində, bütün bu müddət ərzində kreditləşmə potensialının azalması hesabına bütün Avropa iqtisadiyyatına mənfi təsir göstərəcək.

Tənzimləyici cari 2020-ci ilin sonunda kapital gəlirliliyinin (ROE) yalnız 1,7 % ola biləcəyini proqnozlaşdırır. Bir il əvvəl bu, 6 % idi.

Sənəddə deyilir ki, daha sonra bank sektoru, ardından da bütün Avropa iqtisadiyyatı tədricən bərpa olunmağa başlayacaq. ECB ROE-nin 2021-ci ildə 3,1 %, 2022-ci ildə isə 5 % olacağını proqnozlaşdırır.

Tənzimləyicinin bu proqnozunun yekun olmadığı qeyd edilir. Avrozona ölkələrinin səlahiyyətliləri koronavirus səbəbi ilə yeni məhdudiyyətlər tətbiq edərsə, proqnozlar azalma istiqamətində yenidən nəzərdən keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi