Avropa indeksləri artdı

Avropa indeksləri artdı Avropa bazarlarındakı indekslər koronavirusa qarşı yeni dərmana dair nikbinliyin təsirilə artdığı halda Almaniya iqtisadiyyatına sərmayədarların etimadına dair xəbərlər DAX indeksinin azalmasına təkan verib.
Maliyyə
10 Noyabr , 2020 16:03
Avropa indeksləri artdı

Avropa bazarlarındakı indekslər koronavirusa qarşı yeni dərmana dair nikbinliyin təsirilə artdığı halda Almaniya iqtisadiyyatına sərmayədarların etimadına dair xəbərlər DAX indeksinin azalmasına təkan verib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:24-ə olan vəziyyətə görə, Böyük Britaniyanın “FTSE 100” indeksi 1,27 faiz artaraq 6.264,05 bəndə, Fransanın “CAC 40” indeksi 1,04 faiz artaraq 5.391,83 bəndə, Almaniyanın DAX indeksi isə 0,26 faiz azalaraq 13.060,1 bəndə çatıb.

Ötən gün Avropanın DAX-dan başqa indeksləri daha böyük sürətlə artmışdı. Belə ki, “BioNTech” şirkəti “Pfizer”lə birgə hazırladıqları yeni peyvənd dərmanının koronavirusa yoluxmaya qarşı 90 faizdən artıq səmərəli olduğunu göstərdiyini açıqlayıb. Yeni dərmanın ABŞ-da qeydiyyatına dair bu ay məsələ qaldırıla bilər.

“Çərşənbə axşamı günü daha sakit və şübhəli ab-hava var, çünki “Pfizer”in dərmanına dair hələ bir çox suallar qalır”, - deyə “City İndex” mərkəzinin eksperti Fiona Çinkotta AFP-yə bildirib.

Almaniya iqtisadiyyatına etimadın oktyabr ayındakı 56,1 bəndə qarşı bu ay 39 bəndədək geriləməsi barədə Avropa İqtisadiyyatı Tədqiqatlar Mərkəzinin (Zentrum fuer Europaische Wirtschaftsforschung, ZEW) məlumatı DAX indeksinin geriləməsinə mühüm səbəb olub.

Son xəbərlər

Orphus sistemi