Avropa İnvestisiya Bankı Ukraynaya 668 milyon avro yardım edəcək

Avropa İnvestisiya Bankı Ukraynaya 668 milyon avro yardım edəcək Avropa İnvestisiya Bankı (EIB) Ukraynaya 668 milyon avro həcmində maliyyə yardımının göstərilməsini təsdiqləyib.
Maliyyə
5 Mart , 2022 10:12
Avropa İnvestisiya Bankı Ukraynaya 668 milyon avro yardım edəcək

Avropa İnvestisiya Bankı (EIB) Ukraynaya 668 milyon avro həcmində maliyyə yardımının göstərilməsini təsdiqləyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

“Bu vəsait Ukrayna hakimiyyətinə ən zəruri maliyyə ehtiyaclarını həll etməyə kömək edəcək. Təcili yardım bir neçə günə göstəriləcək. EIB-in maliyyə yardımı 2 kredit çərçivəsində göstəriləcək”, - bəyanatda bildirilir.

Xatırladaq ki, martın 3-də Avropa İttifaqı (Aİ) Ukraynaya 1,2 milyard avro makroiqtisadi yardım göstərilməsi haqqında memorandumu təsdiqləyib. Daha əvvəl Dünya Bankı da Ukraynaya 3 milyard ABŞ dolları məbləğinda yardım parketi təqdim etmişdi.

Martın 7-də BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi