Avropa İttifaqına üzv ölkələrə vəsait ayrılacaq

Avropa İttifaqına üzv ölkələrə vəsait ayrılacaq Avropa Komissiyasının təklifləri Aİ Şurasına təqdim olunub
Maliyyə
24 Avqust , 2020 18:41
Avropa İttifaqına üzv ölkələrə vəsait ayrılacaq

Avropa İttifaqının (Aİ) 15 üzv ölkəsində koronavirus pandemiyasının yaratdığı böhranın fəsadlarını aradan qaldırmaq, o cümlədən əhalinin iş yerlərini qoruyub saxlamaq üçün 81,4 milyard avro həcmində maliyyə dəstəyinin ayrılmasına dair Avropa Komissiyasının təklifləri Aİ Şurasına təqdim olunub.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasına görə, həmin vəsaitin 27,3 milyard avrosunu İtaliyaya, 21,3 milyard avrosunu İspaniyaya, 11,2 milyard avrosunu Polşaya, 7,8 milyard avrosunu Belçikaya ayırmaq nəzərdə tutulur.

Xatırladaq ki, koronavirusun səbəb olduğu iqtisadi böhranın atrtdığı bir dövrdə bu ilin may ayında Aİ Şurası İttifaq məkanında əhalinin məşğulluğunu dəstəkləmək mexanizmini təsdiqləyib. 2022-ci ilədək çalışdırılması nəzərdə tutulan SURE (A European İnstrument for Temporary Support to Mitigate Unemployment Risks in an Emergency) adlı bu müvəqqəti mexanizm vasitəsilə sərfəli şərtlərlə 100 milyard avroyadək kredit verilə bilər.

Son xəbərlər

Orphus sistemi