Bu ilin III rübündə Avropa İttifaqında (Aİ) istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) II rübə nisbətən 12,1% çox olub. Bu, ittifaq ölkələri ilə bağlı statistikanın tərtib olunduğu 1995-ci ildən bəri ən yüksək dinamikadır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin ("Eurostat") hesabatında bildirilir.
Bununla belə, iyul-sentyabr aylarında Aİ-də mövsümi amillər nəzərə alınmadan formalaşan ÜDM 3,9% azalıb.
Hesabat dövründə ən böyük iqtisadi artım Fransa (18,2%), İspaniya (16,7%), İtaliya (16,1%) və Belçikada (10,7%) qeydə alınıb.