Avropa İttifaqının maliyyə nazirləri mövcud enerji böhranı ilə yanaşı, ərzaq böhranı riskindən də narahatdırlar.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer mətbuat konfransında deyib.
O, qurumun iqtisadiyyat və maliyyə nazirləri şurasının toplantısından sonra deyib: "Maliyyə nazirləri arasında artıq mövcud enerji böhranına əlavə olaraq ərzaq böhranı riski ilə bağlı da ciddi narahatlıq var".