Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb

Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb Avropa Komissiyası (AK) bu il avrozonada ümumi daxili məhsulun (QDM) artımı ilə bağlı proqnozunu 1,3 faiz bəndi azaldaraq 2,7%-ə endirib.
Maliyyə
16 May , 2022 16:33
Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb

Avropa Komissiyası (AK) bu il avrozonada ümumi daxili məhsulun (QDM) artımı ilə bağlı proqnozunu 1,3 faiz bəndi azaldaraq 2,7%-ə endirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Komissiyanın yaz hesabatında bildirilir. 

Qurum qış hesabatında iqtisadi artımın 4% ola biləcəyini bəyan etmişdi. 

AK həmçinin 2023-cü il üçün avrozonada ÜDM-in artım proqnozunu 2,7%-dən 2,3%-ə endirib.

Avrozonada inflyasiyanın 2021-ci ildəki 2,6%-dən 2022-ci ildə 6,1%-ə qədər artacağı, 2023-cü ildə isə 2,7%-ə enəcəyi gözlənilir.

AK bu il ən yüksək ÜDM artımını Portuqaliya (+5,8%) və İrlandiyada (+5,4%), ən kiçik artımı isə Estoniya (+1%), Finlandiya (+1,6%) və Almaniyada (+1,6%) gözləyir. 2023-cü ildə Almaniya iqtisadiyyatının 2,4% artacağı gözlənilir.

Bundan əlavə, Avropa İttifaqı iqtisadiyyatının 2022-ci ildə 2,7%, 2023-cü ildə isə 2,3% artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi