Avropalılar 700 milyard avro qənaət ediblər

Avropalılar 700 milyard avro qənaət ediblər Kütləvi peyvəndləmə bir sıra ölkələrdə istehlakçılara müxtəlif xidmətlərdən yararlanmaq və tələbi lazımi səviyyədə saxlamaq imkanı yaradıb
Maliyyə
3 İyun , 2021 10:02
Avropalılar 700 milyard avro qənaət ediblər

Avropa sakinləri 700 milyard avroyadək qənaət edilmiş vəsait toplayıblar.

Report” xəbər verir ki, buna dövlət tərəfindən vətəndaşlara göstərilən dəstək tədbirləri şərait yaradıb. Bu barədə CNBC-yə UBS holdinqinin əməkdaşı Nik Nelson bildirib.

Kütləvi peyvəndləmə bir sıra ölkələrdə istehlakçılara müxtəlif xidmətlərdən yararlanmaq və tələbi lazımi səviyyədə saxlamaq imkanı yaradıb.

“BlackRock” investisiya şirkətindən bildiriblər ki, Avropada açılmadan sonra insanların çoxu fəal şəkildə restoranlara və mağazalara gedir.

“Biz bunu “revanş xərcləmələr” adlandırırıq. İnsanlar azadlığı dadmaqdan inanılmaz dərəcədə ilhamlanıblar. Bu səbəbdən, ünsiyyətdə olmaq üçün bir yerə toplaşdıqda və ya nəsə aldıqda pulu sağa-sola xərcləyirlər”, - “BlackRock”dan bildiriblər.

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə sosial aktivlik xərcləri artıb və dəbdəbə seqmentində tələbat yüksəlib.

Bir sıra Avropa ölkələrində mehmanxana sənayesində kadr çatışmazlığı müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi