Avrozona iqtisadiyyatı ötən il 6,8 % kiçilib

Avrozona iqtisadiyyatı ötən il 6,8 % kiçilib 2020-ci ildə Avropa İttifaqının (Aİ) iqtisadiyyatı 6,4 %, vahid valyutadan (avro) istifadə edən avrozonanın iqtisadiyyatı isə 6,8 % kiçilib.
Maliyyə
2 Fevral , 2021 16:09
Avrozona iqtisadiyyatı ötən il 6,8 % kiçilib

2020-ci ildə Avropa İttifaqının (Aİ) iqtisadiyyatı 6,4 %, vahid valyutadan (avro) istifadə edən avrozonanın iqtisadiyyatı isə 6,8 % kiçilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin ("Eurostat") hesabatında bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, ötən ilin IV rübündə Aİ-da mövsümdən asılı olmayan ümumi daxili məhsulun (ÜDM) dəyəri əvvəlki rübə nisbətən 0,5 %, illik müqayisədə isə 4,8 % az olub. Avrozoda isə azalma templəri müvafiq olaraq 0,7 % və 5,1 % təşkil edib.

Xatırladaq ki, ötən ilin II rübündə Aİ-nın iqtisadiyyatı 11,4 %, avrozona iqtisadiyyatı 11,7 % kiçilmiş, III rübdə isə Aİ iqtisadiyyatı 11,5 %, Avrozona iqtisadiyyatı isə 12,4 % böyümüşdü.

2020-ci ildə Avropada iqtisadiyyatı ən çox kiçilmiş ölkə İspaniya olub - 9,1 %. Avstriyada 7,8 %, İtaliyada 6,6 %, Portuqaliyada 5,9 %, Fransada isə 5 % iqtisadi geriləmə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi