Avrozonanın iqtisadi artımına dair proqnoz dəyişdirildi

Avrozonanın iqtisadi artımına dair proqnoz dəyişdirildi Avrozonada və Avropa İttifaqında cari ildə ÜDM artımına dair Avropa Komisiyasının proqnozu 4,8 %-ədək artırıldı
Maliyyə
7 İyul , 2021 17:43
Avrozonanın iqtisadi artımına dair proqnoz dəyişdirildi

Avrozonada və Avropa İttifaqında cari ildə ÜDM artımına dair Avropa Komisiyasının proqnozu 4,8 %-dək artırıldı.

“Report” “Prime”a istinadən xəbər verir ki, bu barədə qurumun yay hesabatında bildirilir. 2022-ci ildə isə ÜDM artımı 4,5 % gözlənilir. Yaz hesabatında cari il üçün proqnoz avrozonaya dair 4,3 % və Avropa İttifaqına dair 4,2 %, gələn il üçün də müvafiq olaraq 4,4 % olub.

Hesabata görə iqtisadi artımla bağlı qeyri-müəyyənlik və risklərin yüksək, amma tarazlıdır, koronavirusun yeni variantlarının yaratdığı təhlükə peyvəndləmənin daha da sürətləndirilməsini şərtləndirir: “İqtisadi risklər məsələn, karantin tədbirlərindəki dəyişikliklərə ev təsərrüfatlarının və şirkətlərinin reaksiyası, böhran dəstəyi tədbirlərinin ixtisarı ilə bağlıdır”.

Həmçinin inflyasiya proqnozları da avrozonada 2021-ci ildə 1,7 %-dən 1,9 %-ədək, 2022-ci ildə isə 1,3 %-dən 1,4 %-ədək, Avropa İttifaqında isə cari ildə 1,9 %-dən 2,2 %-ədək, gələn ildə isə 1,5 %-dən 1,6 %-ədək artırılıb.

Son xəbərlər

Orphus sistemi