AYNA auditor seçir

AYNA auditor seçir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 31 dekabr 2023-ci il tarixdə başa çatmış il üçün maliyyə hesabatlarının auditi xidməti üçün açıq tender elan edib.
Maliyyə
8 İyul , 2024 17:34
AYNA auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2023-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini iyulun 29-na qədər AYNA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 29-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi