Azər Əmiraslanov: "İqtisadi meyillər müsbətdir"

Azər Əmiraslanov: "İqtisadi meyillər müsbətdir" Cari dövrdə iqtisadi meyillər pozitivdir.
Maliyyə
29 Noyabr , 2024 15:14
Azər Əmiraslanov: İqtisadi meyillər müsbətdir
Azər Əmiraslanov

Cari dövrdə iqtisadi meyillər müsbətdir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov qurumun bu gün keçirilən iclasında bildirib.

"2025-ci ildə də əlverişli makroiqtisadi şərtlər olacaq, müsbət göstəricilər bizə dövlət büdcəsini səmərəli şəkildə icra etməyə imkan verəcək", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, bu gün qarşıda duran əsas məsələlərdən biri dövlət-özəl sektor tərəfdaşlığının tətbiq edilməsidir: "Vergi Məcəlləsində bunun üçün geniş güzəştlər nəzərdə tutulur. Ümumilikdə büdcə zərfi bugünkü tələblərə və reallıqlara cavab verir, həm müdafiə, həm də sosial baxımdan bir-birini tamamlayır".

Son xəbərlər

Orphus sistemi