“Azəralüminium”un xalis mənfəəti 8 % azalıb

“Azəralüminium”un xalis mənfəəti 8 % azalıb “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 2022-ci ili 27,715 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
1 Dekabr , 2023 12:42
“Azəralüminium”un xalis mənfəəti 8 % azalıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 2022-ci ili 27,715 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 7,9 % azdır.

Ötən il “Azəralüminium”un vergiyəqədərki mənfəəti 34,75 milyon manat (əvvəlki ilə nisbətən 7,6 % az), mənfəət vergisi ödəmələri isə 7,036 milyon manat (6,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 365,509 milyon manat olub ki, bu da illik müqayisədə 3,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,2 % azalaraq 23,948 milyon manata düşüb, balans kapitalı 8,4 % artaraq 341,561 milyon manata çatıb.

Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, onun nizamnamə kapitalı isə 282,244 milyon manatdır. Ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.

Son xəbərlər

Orphus sistemi