“Azəraqrartikinti”nin xalis mənfəəti 9 dəfə artıb

“Azəraqrartikinti”nin xalis mənfəəti 9 dəfə artıb Səhmdar cəmiyyəti 2020-ci ili 94,431 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
28 Aprel , 2021 08:48
“Azəraqrartikinti”nin xalis mənfəəti 9 dəfə artıb

"Azəraqrartikinti" ASC 2020-ci ili 94,431 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 9 dəfə çoxdur.

Ötən il "Azəraqrartikinti"nin vergiyəqədərki mənfəəti 118,038 milyon manat (əvvəlki ilə nisbətən 10,2% az), mənfəət vergisi ödəmələri isə 23,607 milyon manat (10,2% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 42,934 milyon manat olub ki, bu da illik müqayisədə 14,6 dəfə çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,1% artaraq 17,488 milyon manata, balans kapitalı isə 2,1 dəfə 25,445 milyon manata çatıb.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,218 milyon manatdır. Səhmdar cəmiyyəti bir sıra dövlət sifarişlərində icraçı olub.

Son xəbərlər

Orphus sistemi