Azərbaycan bankirləri Qarabağda ağac əkəcək

Azərbaycan bankirləri Qarabağda ağac əkəcək Azərbaycanın bank sektorunun nümayəndələrinin iştirakı ilə işgaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyası keçiriləcək.
Maliyyə
15 Mart , 2023 10:25
Azərbaycan bankirləri Qarabağda ağac əkəcək

Azərbaycanın bank sektorunun nümayəndələrinin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə ağacəkmə aksiyası keçiriləcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, aksiya bu ilin aprel-may aylarında baş tutacaq.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Banklar Assosiasiyası", "Azərbaycan Sığortaçılar Assosiasiyası", "Azərbaycan Mikromaliyyə Assosiasiyası", "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi