Bu il noyabrın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 mlrd 870,3 mln manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.
Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 8,9 %, son 1 ildə isə 10,7 % azalıb.