Bu il iyulun 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 10 milyard 734,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,9 % azdır.
Banklara milli valyutada depozit qoyuluşu ilin əvvəlinə nisbətən 12,7 %, ötən il iyulun 1-i ilə müqayisədə isə 35,7 % artıb.