Bu il iyunun 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 10 947,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 6% çoxdur.
Banklara milli valyutada depozit qoyuluşu ilin əvvəlinə nisbətən 15%, ötən il iyunun 1-i ilə müqayisədə isə 36,8% artıb.