Azərbaycan banklarına manatla depozit qoyuluşu illik müqayisədə 5 % artıb

Azərbaycan banklarına manatla depozit qoyuluşu illik müqayisədə 5 % artıb Bu il martın 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 9 122,3 milyon manat təşkil edib
Maliyyə
3 Aprel , 2021 16:43
Azərbaycan banklarına manatla depozit qoyuluşu illik müqayisədə 5 % artıb

Bu il martın 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 9 122,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 4,2 % az, ötən il martın 1-i ilə müqayisədə isə 4,8 % çoxdur.

Fevralın sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 990,2 milyon manat olub. Bu da aylıq müqayisədə 4,2 %, ilin əvvəlinə nisbətən 1,2 % çox, illik müqayisədə isə 12,9 % azdır.

Son xəbərlər

Orphus sistemi