2020-ci ildə Azərbaycanda bankların restrukturizasiyası prosesi “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq davam edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, hazırda sektorun kapital adekvatlığı minimum requlyativ tələbi 2 dəfədən çox üstələyir.
Hesabat dövründə bankların aktivlərinin keyfiyyətinin qiymətləndirilməsi aparılıb, nəticələr bank menecmenti ilə geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Kreditləşmənin dəstəklənməsi məqsədilə bank sektorunun sağlamlaşdırılması və kapitallaşdırılması tədbirləri davam etdirilib. Ötən il banklar nizamnamə kapitalını ümumilikdə 131,7 milyon manat artırıb.