Azərbaycan banklarına qoyulan depozitlər artıb

Azərbaycan banklarına qoyulan depozitlər artıb Amma bu göstərici 2020-ci ilin yanvarın 1-nə nisbətən 8,2% azalıb
Maliyyə
26 Sentyabr , 2020 10:25
Azərbaycan banklarına qoyulan depozitlər artıb

Azərbaycan banklarına qoyulan depozitlər bu il sentyabrın 1-nə 22 mlrd 727,8 mln manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,9% çoxdur.

Bu, 2020-ci ilin yanvarın 1-nə nisbətən 8,2% az, ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 1,3% artıb.

Bu ilin yanvar-avqust aylarında banklara manatla qoyulan depozitlər 9 mlrd 251,8 mln manat təşkil edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Hesabat dövrünə xarici valyutada qoyulan depozitlər isə illik müqayisədə 4,6% azalaraq 13 mlrd 476,1 mln manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi