Azərbaycan banklarına qoyulan depozitlər artıb

Azərbaycan banklarına qoyulan depozitlər artıb Azərbaycan banklarına qoyulan depozitlər bu il avqustun 1-nə 24 milyard 926,9 milyon manat təşkil edib
Maliyyə
25 Avqust , 2021 13:54
Azərbaycan banklarına qoyulan depozitlər artıb

Azərbaycan banklarına qoyulan depozitlər bu il avqustun 1-nə 24 milyard 926,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 3,2% çoxdur.

Bu, 2021-ci ilin yanvarın 1-nə nisbətən 5,3 %, ötən ilin avqustun 1-i ilə müqayisədə isə 10,6 % çoxdur.

Bunun 8 milyard 605,9 milyon manatı fiziki şəxslərinin, 1 milyard 793,3 milyon manatı maliyyə təşkilatlarının, 14 milyard 527,7 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşüb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,7 % çox, 13,7 % az və 14,6 % çoxdur.

Son xəbərlər

Orphus sistemi