Bu il oktyabrın 1-nə Azərbaycan banklarına qoyulan depozitlər 22 495,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1% azdır.
Bankların depozit portfeli ilin əvvəlinə nisbətən 9,1%, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 4% azalıb.