Azərbaycanın bank sektorunun xalis mənfəəti 25 %-dən çox azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 25 %-dən çox azalıb Banklar bu ilin yanvar-fevral aylarında 73,1 milyon manat xalis mənfəət əldə edib
Maliyyə
29 Mart , 2021 13:38
Azərbaycanın bank sektorunun xalis mənfəəti 25 %-dən çox azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 73,1 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 % azdır.

2 ay ərzində bankların əməliyyat gəlirləri 429,7 milyon manat (1 il əvvələ nisbətən 3,2 % az), əməliyyat xərcləri 280,7 milyon manat (1,9 % az), xüsusi ehtiyatlara ayırmaları 59,7 milyon manat (42,5 % çox), mənfəət vergisi ödəmələri isə 16,2 milyon manat (9,5 % az) təşkil edib.

Son xəbərlər

Orphus sistemi