Bu il avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 milyard 963,6 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 0,8 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,5 % çoxdur.
İyulun sonuna bankların xalis daxili aktivləri 12 milyard 543,7 milyon manat olub ki, bu da, iyunun sonu ilə müqayisədə 4,5 %, ilin əvvəlinə nisbətən 20,9 %, illik müqayisədə isə 25,5 % çoxdur.