Bu il yanvarın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 220,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə müqayisədə 1,5 % azdır.
Ötən ilin yanvarın 1-nə nisbətən isə bankların xarici öhdəlikləri 25,8 % azalıb.