Oktyabrın 25-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda ABB-nin Müşahidə Şurasının (MŞ) və İdarə Heyətinin (İH) tərkibi nəzərdən keçirilib, olduğu kimi saxlanılıb.
Belə ki, Prezidentin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov yenidən MŞ-nın sədri seçilib, Abbas İbrahimov isə yenidən İH-nin sədri təyin olunub.