"Azərbaycan Beynəlxalq Bankı" "YAŞAT" Fonduna 1 milyon manat köçürdü

"Azərbaycan Beynəlxalq Bankı" "YAŞAT" Fonduna 1 milyon manat köçürdü "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq YAŞAT - Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fonduna 1 milyon manat məbləğində ianə edib.
Maliyyə
21 Dekabr , 2020 14:17
Azərbaycan Beynəlxalq Bankı YAŞAT Fonduna 1 milyon manat köçürdü

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq YAŞAT - Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fonduna 1 milyon manat məbləğində ianə edib.

Digər hüquqi və fiziki şəxslər də “YAŞAT” Fonduna ianələrini ABB-nin IBA Mobile tətbiqi ilə, Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada, yaxud filial və şöbələrdə bu rekvizitlərlə köçürə bilərlər.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Vətən müharibəsində qazandığımız Zəfərə görə şəhidlərimizin, ölkəmizin ərazi bütövlüyü uğrunda yaralanmış döyüşçülərimizin qarşısında əbədi minnətdarlıq borcumuz var. İndi isə bu Zəfəri bizə qazandırmış insanlara - şəhidlərimizin ailələrinə, yaralılara sosial qayğı məsələlərində də milli həmrəylik zamanıdır. YAŞAT Fonduna ianələr dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərə ictimaiyyətin, o cümlədən biznesin əlavə dəstəyidir. ABB olaraq biz də bu prosesdən kənarda qalmadıq”.

Xatırladaq ki, YAŞAT Fondu ölkə prezidentinin 8 dekabr tarixli fərmanı ilə təşkil edilib. Fondun məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də YAŞAT Fondunun məqsədlərinə daxildir.

Fondun vəsaiti ölkə vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaitinin sərəncamçısı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə ölkə prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Son xəbərlər

Orphus sistemi