"Azərbaycan Beynəlxalq Bankı" “Yaz fürsəti” kampaniyasının müddətini uzatdı

"Azərbaycan Beynəlxalq Bankı" “Yaz fürsəti” kampaniyasının müddətini uzatdı Kampaniya Bankın bir neçə məhsulu üzrə xüsusi imtiyaz və endirim təklif edir
Maliyyə
1 Aprel , 2021 11:31
Azərbaycan Beynəlxalq Bankı “Yaz fürsəti” kampaniyasının müddətini uzatdı

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) müştərilərə eyni vaxtda Bankın bir neçə məhsulu üzrə xüsusi imtiyaz və endirim təklif edən “Yaz fürsəti” kampaniyasının müddətini uzadıb.

Müştərilər indi aprelin 30-nə qədər bu kampaniyanın üstünlüklərindən faydalana bilərlər. Təklif edilən şərtlər budur: Müştərilər "TamKart" kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir.

"TamKart"ı 50% endirimlə də əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür.

Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər da kampaniyadan faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan "IBA Miles" kartları indi müştərilərə endirimli qiymətlə təklif edilir. Müştərilər aprelin 30-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır. “Yaz fürsəti” kampaniyasının sadalanan imtiyazlarından indi hər kəs faydalana bilər. Kampaniya barədə daha ətraflı: https://ibar.az/yazfurseti

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi