Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ehtiyat aktivlərinin ümumi dəyəri 1,8 milyard ABŞ dolları azalıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkənin ehtiyat aktivlərinin ümumi dəyəri 4,2 milyard ABŞ dolları artmışdı.