AZAL sığortaçı seçir

AZAL sığortaçı seçir Aviaşirkət hava gəmilərini, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətini sığorta etdirmək istəyir
Maliyyə
20 May , 2021 09:16
AZAL sığortaçı seçir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) hava gəmilərinin könüllü sığortası, eləcə də hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin icbari sığortası üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 8-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyululn 17-si, saat 15:00-a qədər AZAL-ın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun maliyyə-iqtisadiyyat idarəsinin rəisi Əlyəddin Quliyevdir. Telefon: (012) 497-26-00 (daxili: 28-11); (012) 497-28-11.

Təkliflərə iyulun 18-də, saat 11:30-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi