Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb

Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hökumətin ötənilki fəaliyyət istiqamətlərini və hədəflərini açıqlayıb.
Maliyyə
15 Mart , 2022 12:54
Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hökumətin ötənilki fəaliyyət istiqamətlərini və hədəflərini açıqlayıb.

“Report”un xəbərinə görə,T. Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfinən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyəti əsasən 7 hədəfdən ibarət olub:

- Şuşa şəhəri avtomobil yolunun tikilməsi. Hesabat ilində uzunluğu 101 km oln Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib;

- Füzuli şəhərində aeroportun fəaliyyətə başlaması. Hesabat ilində Qarabağın hava qapisı adlandırılan Füzuli beynəlxalq aeroportu isifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulub;

- Elektrik enerjisi ilə bağlı planların həyata keçirilməsi. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-lər, Rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb;

- Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılması;

- Azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi;

- Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması;

- Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır.

"Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır", - T. Mirkişili bildirib.

Son xəbərlər

Orphus sistemi