Azərbaycan İnvestisiya Holdinqi ICD ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan İnvestisiya Holdinqi ICD ilə Anlaşma Memorandumu imzalayıb Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.
Maliyyə
6 Sentyabr , 2021 12:51
Azərbaycan İnvestisiya Holdinqi ICD ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bu barədə holdinq məlumat yayıb.

Məlumata görə, sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Secini imzalayıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk emissiyasına dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, sukuk şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi - istiqrazların islami ekvivalentidir.

"Bu gün imzaladığımız sənəd müxtəlif sahələrdə əməkdaşlıq edərək bir-birimizdən öyrənməyimizin başlanğıcıdır. ICD ilə əməkdaşlıq bizə portfel şirkətlərinin cari və gələcək layihələrini maliyyələşdirmək perspektivini araşdırmağa, bununla da ölkənin iqtisadi artımına və davamlı inkişafının təmin etməyə imkan verəcək", - deyə R.Əlixanov qeyd edib.

“Azərbaycan ICD üçün mühüm, strateji üzv ölkədir və bu Anlaşma Memorandumu vasitəsilə Azərbaycandakı mövcudluğumuzu artıracağımıza ümid edirik. Sənəd ölkədə kapital bazarının inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək və güclü özəl sektor hesabına iqtisadi inkişafı asanlaşdıracaq. Beləliklə, bu tərəfdaşlıq ICD-nin uzunmüddətli məqsədlərinə mükəmməl şəkildə uyğun gəlir və dəyərli məqsədə çatmaq üçün AIH ilə işləməkdən xoşbəxtik”,- deyə A.A.Sejiny bildirib.

Son xəbərlər

Orphus sistemi