Azərbaycanda iqtisadi artım tempi 5%-i keçib

Azərbaycanda iqtisadi artım tempi 5%-i keçib Bu ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Maliyyə
13 Dekabr , 2021 13:20
Azərbaycanda iqtisadi artım tempi 5%-i keçib

Bu ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 %, qeyri neft-qaz sektorunda isə 6,4 % artıb.

ÜDM istehsalının 41,6 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 %-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 055,3 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi